Artıq bir müddətdir Hesablama Palatası audit hesabatlarında İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin fəaliyyətinə dair nöqsanlar açıqlayıb.
Lakin çox maraqlıdır, bu yoxlamalardan bir tibb ocağı yayına bilib. Hələ ki...
Yəni Maliyyə Nazirliyinin yoxlamaları TƏBİB və İTS-lə yanaşı xəstəxanaları əhatə etsə də, Respublika Klinik Xəstəxanasına gəlib çatmayıb. Bu barədə verilən məlumatda deyilir ki, "Respublikanski" kimi tanınan xəstəxanada ciddi maliyyə yeyintilərinə dair şübhələr və dəlillər mövcuddur, sadəcə, təftiş olunmasına ehtiyac var. Bununla əlaqədar maliyyə naziri Sahil Babayevə müraciət edilərək, Respublika Klinik Xəstəxanasında maliyyə pozuntularının klinik və kritik həddə çatdığı, araşdırmaların zamanı gəldiyi vurğulanır.