Astarada ötən gün toyu olan gəlin bu gün ölüb.
1xeber.media APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub.
Toydan sonra o özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
















