
İmişlinin deputatı Razi Nurullayevdən şikayət var. İmişli rayon Nurulu kənd sakinləri bildirir ki, Deputat Razi Nurullayev kəndin örüş sahələrini zəbt edərək ərazidə mal bazarı tikdirir.Bu iddia ilə çıxış edən vətəndaşlar bildirir ki,edilən şikayətlərə baxmayaraq tikinti işləri hələ də davam edir.
Əldə etdiyimiz məlumata görə zəbt edilən örüş ərazisində həyata keçirilən tikinti işləri ilə bağlı icarəyə götürülən yer deputat Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atasının adınadır.
Kənd təsərrüfatı təyinatlı torpaqda mal-qara otarılması nəzərdə tutulsa da yulğun ağaclarının məhv edilməsi də problemli məsələdir.
Tikintinin dayandırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən tapşırıq verilsə də heç bir nəticə əldə edilməyib.
daha ətraflı sujetimizdə:
 
			















 
   
   
