Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev haqqında maraqlı faktlar paylaşıb.
1xeber.media-nın məlumatına görəi,Jurnalist bildirir ki, "məşhur mehdiyevçi" deputatın oğlu Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə isə sədrin müavini vəzifəsinə təyin olunmuşdu və onun 2019-cu ildəki bu təyinatı dövlət başçısının sərəncamı ilə təsdiq edilmişdi. Orxan Əliyev bu vəzifədə 2023-cü ilə qədər çalışıb.

















