Sabunçu rayonunda növbəti qanunsuz tikinti iddiası gündəmə gəlib.
1xeber.media Bizimesr.com-a istinadla xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində aparılan tikinti işləri zamanı 3 ağacın kəsildiyi iddia olunur. İddialara əsasən, tikilən obyekt Hacı Rasim Nəbiyevə məxsusdur.
Bildirilir ki, Rasim Nəbiyev Bakixanov Çörək Zavodunun və “Möcüzə” marketlər şəbəkəsinin sahibidir.
Sakinlərin sözlərinə görə, ərazidə aparılan tikinti işləri ciddi narahatlıq yaradıb. Hazırda tikintinin hansı əsaslarla aparıldığı, müvafiq dövlət qurumlarından icazənin alınıb-alınmadığı məlum deyil.

















