Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada yaşayış binalarının tikintisi ilə bağlı iki tenderin nəticəsini açıqlayıb.
1xeber.media Bizimesr.com-a istinadla bildirir ki, hər iki layihə Şuşa şəhərinin D-5 massivində çoxmənzilli yaşayış binalarının inşasını nəzərdə tutur.
Birinci tender çərçivəsində ərazidə 6 ədəd 4 mərtəbəli yaşayış binasının tikilməsi planlaşdırılır. Layihənin icrası üçün ayrılan vəsait 12 milyon 984 min 241 manat təşkil edir.
İkinci tender isə həmin massivdə daha 8 ədəd 4 mərtəbəli yaşayış binasının inşasını əhatə edir. Bu layihə üzrə qalib şirkətə 24 milyon 76 min 360 manat ödəniləcək. Hər iki tenderin qalibi “Diler İnşaat” QSC seçilib.

















