Siyəzən rayon İcra Hakimiyyətinin keçirmək istədiyi 3 tenderin hamısı ləğv edilib.
1xeber.media xəbər verir ki, bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.
Məlumatda bildirilir ki, İcra Hakimiyyəti ləğv edilən tenderlərdən biri Siyəzən şəhərinin şəhər daxili yollarının əsaslı təmir işləri ilə bağlı olub. 212 min 888 manatlıq büdcəyə əsaslanan təmir işlərinin dayadırılmasının səbəbi isə qanunvericiliyin tələbinin pozulması olub.
İkinci tender isə Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 17, 19, 23 nömrəli binaların əsaslı təmirini ehtiva edib. 29 min 289 manatlıq layihənin dayandırılması da hazırlanan sənədlərin və iştirakçı sayının 3-dən az olması olub.
Ətraflı sujetdə:

















