İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.
1xeber.media xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Range Rover” və “BMW 740İ” markalı avtomobillər üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.
İcra məmuru əmlakı 25 faiz endirimlə dördüncü dəfə hərraca çıxaracaq.
Əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min ucuzlaşaraq 42 minə, 23 minə təklif edilən “BMW” isə 5750 manat aşağı - 17250 manata düşüb.

















