İnsan həyatı bu qədər ucuzlaşıb? Sahibkar qazansın, fəhlə canından olsun !
1xeber.media xəbər verir ki, redaksiyamıza daxil olan video görüntülərdə “Məmməd Səid Ordubadi 2A” ünvanında — 7 saylı doğum evinin qarşısında aparılan tikinti işləri zamanı fəhlələrin həyatının ciddi təhlükə altında olduğu görünür.
Kadrlarda iki nəfərin 14-cü mərtəbədə armaturların üzərinə çıxaraq heç bir təhlükəsizlik qaydasına əməl etmədən çalışdığı əks olunub. Belə ki, fəhlələrin üzərində təhlükəsizlik kəməri, kaska və digər qoruyucu vasitələrin olmadığı görünür.
Görüntüləri redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, ərazidə tikinti aparan “MTK” barədə məlumat lövhəsi də yerləşdirilməyib.
Aidiyyəti qurumların məsələ ilə bağlı araşdırma apararaq insan həyatını təhlükəyə atan hallara hüquqi qiymət verməsi tələb olunur.“Millisfera.az”















