Azərbaycanda son illər ekologiya sahəsi ilə bağlı şikayətlər səngimək bilmir.
Xüsusilə meşələrin məhv edilməsi, qanunsuz ağackəsmə, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi ilə bağlı iddialar ictimai narahatlığı daha da artırır.
Bu müzakirələrin mərkəzində isə eyni ad hallanır – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini Vüqar Kərimov.
1xeber.media savashmedia.az-aistinadla xəbər verir ki, nazir müavininin adı illərdir müxtəlif regional idarələrdəki qalmaqallar, meşə təsərrüfatlarında baş verən qanunsuzluqlar və “Azəryaşlandşaft” ASC ətrafında yayılan narazılıqlarla yanaşı çəkilir.
















