Mingəçevir Dövlət Universiteti (MDU) Böyük Britaniyanın nüfuzlu “Times Higher Education” təşkilatının açıqladığı “THE Impact Rankings 2026” reytinqində dünya üzrə 1603 universitet arasında 1001–1500-cü qrupda yer alıb.
1xeber.media xəbər verir ki,Universitet SDG 12 (Məsuliyyətli istehlak və istehsal) və SDG 15 (Qurudakı həyat) istiqamətləri üzrə dünya universitetləri arasında 301–400-cü qrupda, SDG 6 (Təmiz su və sanitariya) üzrə 401–600-cü, SDG 14 (Sudakı həyat) üzrə isə 401+ qrupunda qərarlaşıb.
Bu nəticələr MDU-nun dayanıqlı inkişaf, ekoloji məsuliyyət və yaşıl kampus sahəsində fəaliyyətinin beynəlxalq səviyyədə tanındığını göstərir.
















