QƏBƏLƏNİN "UNUDULMUŞ" SARIHACALLI KƏNDİ: "BURADA ALLAHDAN BAŞQA KİMSƏNİN BİZLƏRDƏN XƏBƏRİ YOXDUR!"
Qəbələ rayonunun Sarıhacallı kəndi tamamilə boşalmaq təhlükəsi ilə üz-üzədir. İnfrastrukturun bərbad vəziyyətdə olması, illərdir həllini tapmayan qaz və yol problemləri sakinlər üçün həyatı dözülməz edib. Vətəndaşlar aidiyyatı qurumların və məmurların kəndə ögey münasibətindən cana doyduqlarını bildirirlər.Kənd sakinlərinin 1xeber.media-ya etdiyi müraciətdə bildirilir ki, müasir dövrdə sözügedən kənd orta əsrlər şəraitində yaşayır. Nə kəndə gələn normal bir yol var, nə də evlərdə mavi yanacaq mövcuddur. Yolsuzluq və qazsızlıq üzündən kənddə demək olar ki, yaşayış dayanıb. Hər kəs çətinliklərə dözməyərək doğma kəndini tərk edib köçür.
















