Cəlilabadda mal bazarının yoxluğu kəndlini boğur: "Dolanışığımız tamamilə iflic olub!"
1xeber.media xəbər verir ki,Cəlilabadda uzun müddətdir heyvan bazarının fəaliyyət göstərməməsi mal-qara saxlayan yerli sakinlərin kəskin narazılığına və ciddi sosial-iqtisadi böhrana səbəb olub. Əhalisinin təqribən 85 faizinin dolanışığı kənd təsərrüfatı və heyvandarlıqdan asılı olan Cəlilabadda rəsmi qurumların bu problemi görməzdən gəlməsi yerli camaatın gəlir mənbəyinə ağır zərbə vurur.
Sakinlər açıq şəkildə bildirirlər ki, rəsmilərin bu laqeydliyi ucbatından rayon əhalisi sözün əsl mənasında səfalətə və sürünməyə məhkum edilib.Vətəndaşlar qonşu rayonların bazarlarına möhtac qalıb
Cəlilabadlı fermerlər və fərdi təsərrüfat sahibləri öz heyvanlarını satmaq üçün məcburiyyətdən İmişli, Biləsuvar və Salyan kimi qonşu rayonların heyvan bazarlarına üz tuturlar. Bu isə sakinlər üçün çətinliklər yaradır:
Heyvanların uzaq məsafəyə daşınması üçün hər dəfə əlavə maşın tutulur və kəndlinin son qəpiyinə qədər yol puluna xərclənir.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
















