Dövlət şirkətində çalışan dispetçerin TƏBİB adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq etdiyi müəyyən edilib.
1xeber.media xəbər verir ki,Qaynarinfo-nun məhkəmə materiallarına istinadən verdiyi xəbərə görə, təqsirləndirilən şəxs iş yoldaşına yaxın qohumunun TƏBİB-də yüksək vəzifəyə təyin olunduğunu və İsmayıllıdakı vərəm əleyhinə dispanserə təcili yardım avtomobilləri verilərək sürücü vakansiyaları açılacağını deyib. O, bu yolla ayrı-ayrı şəxslərdən işə düzəltmək vədi ilə "BirBank” və "MilliÖN” vasitəsilə hər birindən 2000 manat (ümumilikdə 6000 manat) pul alaraq şəxsi ehtiyaclarına xərcləyib.















