Dünyanın siyasi və hərbi elitası bu gün Türkiyənin paytaxtı Ankarada bir araya gəlib.
1xeber.media xəbər verir ki,Cumhurbaşkanlığı Külliyesinde start götürən 36-cı NATO Dövlət və Hökumət Başçılarının Sammiti ilk dəqiqələrdən qlobal təhlükəsizlik memarlığını kökündən sarsıdan böyük qərarlarla işə başlayıb.
Zirvə görüşünün açılış mərasimində və Müdafiə Sənayesi Forumunda çıxış edən NATO-nun Baş katibi Mark Rutte, alyans tarixində yeni bir dövrün qapılarını açıb. Rutte, NATO-nun artıq üzv dövlətlərin fərdi logistikasından asılı olmayan, birbaşa mərkəzi qərargahın tabeliyində fəaliyyət göstərəcək müstəqil strateji hərbi arsenal və xüsusi hava parkı yaradacağını rəsmən bəyan edib.
Bu bəyanatın dərhal ardınca qlobal silah nəhəngləri ilə iki böyük satınalma müqaviləsi imzalanıb. İlk böyük addım olaraq, üzv ölkələrin müştərək maliyyə fondu hesabına Avropanın "Airbus" korporasiyasından 12 ədəd nəhəng hərbi nəqliyyat və havada strateji yanacaqdoldurma təyyarəsi satın alınır. Çoxmillətli xüsusi park şəklində qurulacaq bu donanma sayəsində NATO, dünyanın istənilən böhran zonasına qoşun və ağır hərbi texnika yeridərkən artıq hər hansı bir ölkənin fərdi nəqliyyat imkanlarından asılı olmayacaq, əməliyyatları tamamilə müstəqil mərkəzi komandandan idarə edəcək.
Layihənin ikinci və ən strateji hissəsi isə kosmik kəşfiyyat və qlobal nəzarətlə bağlıdır. İmzalanan digər tarixi müqaviləyə əsasən, NATO ABŞ-ın "Northrop Grumman" hərbi sənaye nəhəngindən 5 ədəd uzaqmənzilli və yüksək hündürlükdə uça bilən strateji "MQ-4C Triton" pilotsuz uçuş aparatı satın alır. Birbaşa alyansın mərkəzi kəşfiyyat idarəsinin tabeliyində fəaliyyət göstərəcək bu PUA-lar, qurğuşun keçirməz nəzarət sistemləri ilə dəniz və quru sərhədlərinin strateji monitorinqini 24 saat fasiləsiz həyata keçirəcək və bütün kəşfiyyat məlumatlarını birbaşa Ankaradakı sammit masasına ötürəcək.
Analitiklər vurğulayır ki, Ankarada start götürən bu zirvə görüşü NATO-nun sadəcə bir kağız üzərindəki kollektiv müdafiə müqaviləsi olmadığını, özünəməxsus nəhəng hərbi infrastruktura və müstəqil ordular şəbəkəsinə malik tək bir qlobal gücə çevrildiyini dünyaya nümayiş etdirir.
















