Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraqdarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş barədə məlumatı Səlcuq Bayraqdar özünün sosial şəbəkə hesabında paylaşıb. O, Bakıya səfəri çərçivəsində dövlət başçısına “Bayraqdar Texnoloji” şirkətinin Azərbaycanda həyata keçirdiyi cari və perspektiv layihələr barədə ətraflı məlumat verdiyini bildirib.
Göstərilən səmimi və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirən Bayraqdar, paylaşımını “Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun” sözləri ilə yekunlaşdırıb.

















