"Qızıl oğlanlar"a eşq olsun: Azərbaycan təhsilini kalqotka biznesindən çıxarıb qızıl biznesinə gətirdilər!
Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli məktəbdə baş alıb gedən qanunsuzluqlar və qızıl alveri iddiaları təhsil sistemini lərzəyə gətirib. Müəllif Ədil Hüseynlinin şok araşdırmasına görə, məktəb rəhbərliyi sinifləri arendaya verir, dərnək pullarını mənimsəyir və məktəbi rəsmən Moskva Univermağının qızıl şöbəsinə çevirib! Elm və təhsil naziri Emin Əmrullayev və Agentlik rəhbəri Eşqi Bağırovun susduğu bu "parlaq" iddialar, ayağı qandallı müəllimin gizlədilən cinayəti və məktəbdəki dözülməz özbaşınalığın şok pərdəarxası tam süjetimizdə!

















