Dünya diplomatiyasının diqqəti Berlindədir. Prezident İlham Əliyev Almaniya Kansleri ilə keçirdiyi mətbuat konfransında beynəlxalq agentlikləri sarsıdacaq şok faktların pərdəsini açıb.
Dövlət başçısı bildirib ki, məşhur "The Times" qəzetində Bakıda Almaniya və Rusiya rəsmilərinin gizli görüşü barədə çıxan xəbərdən sonra dərhal Dövlət Sərhəd Xidmətindən uçuş statistikasını tələb edib və iddialar tam təsdiqlənib.
..İyulun 12-də Berlin-Bakı reysi ilə cənab Pofalla və cənab Platzek Bakıya gəlib. Eyni zamanda Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və cənab Fadeyev Moskvadan Bakıya gəlib... Bizim ərazimiz bizdən xəbərsiz olaraq sadəcə istifadə olunub..."
Azərbaycan lideri rəsmi Bakıya heç bir məlumat verilmədiyini, ərazimizin dövlətdən xəbərsiz platforma kimi istifadə edildiyini kəskin şəkildə diqqətə çatdırıb. Bununla belə, İlham Əliyev əlavə edib ki, əgər bu gizli dialoq Ukraynadakı qanlı müharibənin dərhal dayandırılmasına və bölgədə sülhün təmin olunmasına xidmət edəcəksə, Azərbaycan bunu yalnız alqışlayır.















