Bakıdakı villalardan Masallıdakı çörək kombinatınadək... — Əhəd Abıyevin milyardlıq əmlak xəritəsi açıldı!
İllərlə yüksək dövlət vəzifələrində təmsil olunan, uzun müddət parlamentdə deputat və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Əhəd Abıyevin və onun ailə üzvlərinin nəzarətində olan geniş əmlak və obyektlərin siyahısı ictimaiyyətə açıqlanıb.
Əldə edilən məlumatlara görə, təkcə paytaxtda və bölgələrdə deyil, eləcə də respublikanın müxtəlif rayonlarında qohumların adlarına rəsmiləşdirilən nəhəng mülklər, istirahət mərkəzləri və torpaq sahələri var.
1xeber.media həmin şok siyahını tam şəkildə təqdim edir:
Mənzilləri:
Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil,
Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil,
Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil,
Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası,
Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası,
Gəncədə, Göygöldə mənzilləri, bağ evləri,
Badamdarda 3 ədəd villası,
Həm Qaradağda, həm də Novxanı kəndində milyonlarla manat qiyməti olan bağ evi,
Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər.
Obyekt və Əmlakları:
Masallı şəhərində keçmiş "Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02.2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilmiş və əvvəllər DSMF Masallı rayon şöbəsinə icarəyə verilib.
Masallı şəhər Həmid Sultanov küçəsində köhnə YDM və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib və əvvəllər "Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib.
Masallı şəhərində yerləşən köhnə "Aqrokombinat”ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Nadir Abıyev adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb.
İstisu zonasında yerləşən keçmiş "Mətləbbulağı” (indiki adı "İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
İstisu zonasında 10 ha ərazidə yerləşən "Turkan” sağlamlıq mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib.
Masallı şəhərində köhnə çörək kombinatı 0,70 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib, sonradan həmin yer Ə.Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər seçki dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib.
Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12.2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib.
Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.
Masallı şəhərində 320 kv.m-lik dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03.2002-ci il tarixdə sənədləşdirilib.
nocomment.az














