Yasamalda məktəb qalmaqalı: "Şəhərin mərkəzindəki məktəb bərbaddır, rəhbərlik bizdən təmir pulu tələb edir!" — Valideynlər ayağa qalxdı
Bakının Yasamal rayonunda yerləşən 175 nömrəli tam orta məktəbdə valideynlərlə rəhbərlik arasında ciddi narazılıq yaranıb. Sinif otaqlarının acınacaqlı vəziyyətini sosial şəbəkədə paylaşan valideyn Elm və Təhsil Nazirliyini sərt tənqid edərək rəsmi cavab tələb edib
















