AQTA-da "WhatsApp" şəbəkəsi və milyonluq monopoliya iddiası – Sahibkarlar danışdı!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti ilə bağlı sahibkarlar tərəfindən ciddi korrupsiya və təzyiq ittihamları irəli sürülüb. İdxal və ixraca nəzarət adı altında qurulan monopoliya sistemi, 25 manatlıq sənəd üçün tələb olunan yüzlərlə dollarlıq rüşvət və müfəttişlərin müstəqilliyini əlindən alan "WhatsApp idarəçiliyi"... Qurum daxilindəki iki şöbənin iş adamlarını müflis edən gizli mexanizmi və rəsmi laboratoriyaların cəza alətinə çevrilməsi ilə bağlı şok təfərrüatlar süjetimizdə!

















