Вернуться назад Распечатать

Mehdiyevin kürəkəni hər il 10 milyon manatı ölkədən çıxarır – ŞOK İDDİA-VİDEO

Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyevin adı bu dəfə ölkədən ixrac olunan meyvə-tərəvəzin satışından əldə olunan milyonlarla vəsaitin geri qaytarılmamasında hallanır.

Bu haqda Musavat.com-a açıqlama verən şabranlı sahibkar Mansur İbrahimov deyib ki, ona məxsus olan, sabiq deputat tərəfindən qəsb edilən “TurAz” MMC şirkətinin ərazisində yetişdirilən meyvələr xaricə daşınır. Lakin satışdan əldə edilən vəsait ölkəyə gətirilmir:

“Şirkətdə bu işlərə Zahir Ələsgərov baxır. İlham onu “TurAz” MMC-nin direktoru təyin edib. Hər il yazırlar ki, guya xaricə apardıqları meyvələr orada zay olub, çürüyüb. Amma hər il zəbt olunan bağlarımda 400-500 nəfəri işlədir, onlara gördükləri işə görə əmək haqqı ödəyirlər. Əgər hər il ziyan çəkirlərsə, xaricə daşıdıqları meyvə orada zay olursa və gəlir əldə edə bilmirlərsə, niyə bağlara bu qədər vəsait xərclənir?”

Mansur İbrahimov qeyd edib ki, zəbt olunmuş meyvə bağlarından 10 milyonlarla manat xeyir götürülür:

Ətraflı sujetdə: