Вернуться назад Распечатать

Keşlədə yerləşən "Ford Club" servis müştəriləri aldadır-İDDİA-VİDEO

Bakının Keşlə qəsəbəsində yerləşən avtomobil təmir mərkəzi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

1xeber.media Milli.Az-a istinadla  xəbər verir ki, şikayətçi iddia edir ki, 2017-ci il istehsalı olan "Ford Fusion" markalı avtomobili təmirə verdikdən sonra orijinal hissələr qeyri-orijinal və köhnə detallar ilə əvəz olunub.

Onun sözlərinə görə, avtomobil 1 sentyabrdan 18 sentyabr tarixləri arasında Keşlədə yerləşən "Ford Club" servisində təmirdə olub. Həmin müddətdən sonra nəqliyyat vasitəsinin günəş ştorkaları, tavan örtüyü, qapı dəstəkləri, təhlükəsizlik kəmərləri və yan güzgüləri dəyişdirilib.