Вернуться назад Распечатать

Yasamalda piyada səkisində təhlükəli çuxur… İH bunu nə məqsədlə qoyub? -VİDEO

Yasamal rayonunda təmir edilmiş piyada səkisində təhlükəli vəziyyət yaranıb.

Rayon sakinləri bildirib ki, yaxın günlərdə Yasamal Rayon İcra Hakimiyyəti M.Şərifzadə küçəsində səkinin bir hissəsinə yeni asfalt örtük vurub. Lakin iş zamanı böyük boru şəklində bidon səkinin kənarında yerə basdırılmış şəkildə qalıb.
Sakinlər bildirib ki, bidonun yerə hansı məqsədlə basdırıldığı məlum deyil. Ancaq bu hal təhlükəli vəziyyət yaradıb. Belə ki, xüsusilə günün qaranlı saatlarında səkidəki böyük dəlik görünmür. Bu da uşaqların, yaşlıların, ümumiyyətlə səkidə hərəkət edək hər kəs üçün təhlükədir.