Вернуться назад Распечатать

Cəlal Əliyevin qızı “Bolmart”la yollarını ayırdı-VİDEO

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus “Bolmart” mağazalar şəbəkəsının Bakının Nəsimi Rayonu  Səməd Vurğun küçəsində yerləşən ən  böyük filialı  yerləşdiyi obyektdən çıxarılır.

1xeber.media bildirir ki, Gununsesi.info-nun xəbərinə görə, artıq mağaza bugün qapılarını müştərilərin üzünə bağlayıb.

Məlumata görə, “Bolmart”ən yerləşdiyi binadan çıxarılmasına səbəb icarə pulu olub. Belə ki, 120 min manat icarə ödəyən Adnan Əhmədzadənin iş icaçılarına aylıq kirayəni artırmaq tələbi qoyulub.

Ancaq “Bolmart” bu tələblə razılaşmadığı üçün tərəflər arasında müqaviləyə xitam verilib.

Mənbəmiz həmin obyektin məhrum akademik Cəlal Əliyevin qızı  İzzətxanım Cavadovaya məxsus olduğunu deyib.