Вернуться назад Распечатать

Lənkəranda WUF13 Festivalı keçirilib-VİDEO

Mayın 2-də ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə məlumatlandırılması məqsədi ilə Lənkəran şəhər Heydər Əliyev parkında açıq havada WUF13 Festivalı keçirilib.
1xeber.media xəbər verir ki,festivalda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,  “WUF13 Azərbaycan” əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Ramiz İdrisoğlu, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmanullayev və ictimaiyyətin nümayəndələri iştirak ediblər.