Çoxmənzilli yaşayış binaların altında bir çox obyektlərin fəaliyyətinə qanunla icazə verilməsə də, Nizami rayonunda bu qayda gözlənilmir. Nizami rayonu, Qara Qarayev prospekti 8 ünvanında yaşayan sakinlər bildirib ki, binanın altında obyekt fəaliyyətə başlayır. Sakinlərin sözlərinə görə, bina obyektə çevrilib. Bu məqsədlə binaya əlavə artırma da edilib və dəmir konstriksiyadan ibarət pilləkənlər qoyulub.