Вернуться назад Распечатать

Anar Bayramov qalmaqallı Güllü İbadovanı vəzifədən azad etdi-VİDEO

TƏBİB-in icraçı direktoru Anar Bayramov Bakı Baş Səhiyyə Mərkəzində növbəti kadr dəyişikliyi edib.

Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini və direktor səlahiyyətlərini icra edən Güllü İbadova vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Güllü İbadova bir neçə il əvvəl Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi olub. Onun Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış dövlət vəsaitinin mənimsənilməsi ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərlər yayılıb.