8 may tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi və turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.