Cənab Cəlilov bayram günü camaata OT YOLDURUR...-VİDEO
Təqvimə görə srağagün rəsmi bayram günü olsa da, Culfa rayonunun kommunal idarə işçiləri məcburi şəkildə iməciliyə çıxarılıblar. İşçilərə ot yolmaq, arx təmizləmək və ağac budamaq kimi işlər gördürüldüyü bildirilir.
Təxminən 60 nəfər işçi müxtəlif istiqamətlərə göndərilib.
İşçilərin sözlərinə görə, onlardan bəziləri icra hakimiyyətinə aid olduğu bildirilən əkin sahələrində işlədiliblər. İşçilər “Gündəlik Naxçıvan”a bildiriblər ki, onlar demək olar hər həftənin şənbə günü iməciliyə çıxmağa məcbur edilirlər.
Onların sözlərinə görə, iməcilikdən imtina edənlər işdən çıxarılmaqla hədələnirlər.