Вернуться назад Распечатать

Suraxanıda səkini zəbt edib obyekt tikdilər-VİDEO

Suraxanı rayonunda növbəti qanunsuz tikili sakinlərin narazılığına səbəb olub.

1xeber.media -nın məlumatına görə,Tribuna.az-a bu barədə yazan sakinlər bildirib ki, Suraxanı rayonunda köhnə suraxanı adlanan ərazidə yol kənarında yeni obyektin inşasına başlanılıb. Bu məqsədlə artıq dəmir konstruksiyalar da qurulub. Sakinlər bildirib ki, tikinti məqsədilə qurulan dəmir konstruksiyalar piyada səkisini zəbt edib.
İşlək olan səkidə aparılan işlər səbəbindən hərəkət etməyə yer qalmayıb. Sakinlər bildirib ki, məktəblilər, körpəli qadınlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətindədir.