Вернуться назад Распечатать

Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir?-VİDEO

"PARABOKT" Bank Olmayan Kredit Təşkilatı rəsmi internet səhifəsindəki maliyyə hesabatları bölməsini uzun müddətdir yeniləməyərək cari dövriyyə məlumatlarını ictimaiyyətdən gizlətməkdə davam edir.

1xeber.media 32gun.az-a istinadla  xəbər verir ki, Kredit təşkilatının onlayn platformasında investorlar və müştərilər üçün yalnız 2022, 2023 və 2024-cü illərə aid köhnə sənədlər saxlanılır, yeni dövrlərə dair heç bir rəsmi audit göstəricisi isə yerləşdirilmir.

Şirkət rəhbərliyinin qanunvericiliyin tələblərinə açıq şəkildə məhəl qoymaması və hesabatlılıqdan yayınması, qeyri-bank sektorunda fəaliyyət göstərən bu quruma qarşı onsuz da zəifləyən ictimai etimadı tamamilə sarsıtma ehtimalı yaradır.

Qeyd edək ki, Para" brendinin əsası ilk dəfə 1991-ci ildə Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru və "Azərittifaq"ın sədri professor Eldar Quliyev tərəfindən "Parabank" ASC-nin təsis edilməsi ilə qoyulmuşdur. Lisenziya ləğvindən sonra qurum yenidən təşkil olunaraq 2017-ci ildə rəsmən bank olmayan kredit təşkilatına ("Para" BOKT) çevrilmişdir.