Вернуться назад Распечатать

Mingəçevir Dövlət Universitetindən rekord nəticə...-VİDEO

Mingəçevir Dövlət Universiteti beynəlxalq akademik mobillik sahəsində mühüm uğura imza atıb. Universitet Orhun Mübadilə Proqramı çərçivəsində ən yüksək qəbul göstəricisinə nail olaraq fəaliyyət göstərdiyi dövr ərzində rekord nəticə əldə edib.
1xeber.media xəbər verir ki,bu münasibətlə MDU-nun rektoru Anar Eminov proqram çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan universitetlərinə qəbul olunan tələbə və müəllimlərlə görüş keçirib. Görüşdə proqram üzrə uğur qazanan 56 tələbə və 12 müəllim iştirak edib