Dövlət Sərhəd Xidməti (DSX) at yemi üçün büdcəsindən 700 min manata yaxın pul xərcləmək qərarı verib.
1xeber.media xəbər verir ki, DSX xidməti atlarının qüvvəli yemlərlə təmin olunması üçün 683 min manatdan çox vəsait ayırıb.
Məlumata görə, bu qədər vəsaitə 400 min kiloqram yemlik arpa, 30 min kiloqram vələmir, 700 min kiloqram da yonca otu alınması nəzərdə tutulub.
Qeyd edək ki, DSX xidməti atları üçün qidaların alınması işini “Xezri Trade” şirkətinə həvalə edib.
Rəsmi sənədlərə əsasən, 683 min manat adıçəkilən şirkətin hesabına köçürüləcək.