Azərbaycan Bağırovlardan qurtula bilmir: Eşqi Bağırov təhsilimizi repressiya edir - Adı hallanan Nurlan İsmayılbəyli kimdir?
Azərbaycan təhsilinin başında "dəlləkliyi öyrənənlər" az olmayıb. Bu illər ərzində təhsilin körpə budaqlarını baltalayanlar da görmüşük, onu məhvə sürükləmək istəyənlər də. Təhsil isə millətin gələcəyidirsə, deməli, onlar millətin gələcəyini şikəst etmək istəyənlər, təhsilə düşmən kəsilənlərdir. Ancaq sonrakı illərdə bəzilərinə elə gəldi ki, təhsil idarəetməsində dəyişikliklər, fiqurların əvəzlənməsi ilə müsbət irəliləyiş olacaq. Zaman isə göstərdi ki, "dəlləkliyi" təhsilin başında öyrənənlər vəzifələrə gətirilib. Misal üçün biri elə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov. Hamının sevdiyi "Yol əhvalatı" filmində deyildiyi kimi, "adama nə qədər demək olar ki, ay oğul, qurtar bu xırda-xuruş alverdən".
"Bağırov bazarı"
Eşqi Bağırov da məhz mühüm bir postun başına gətiriləndən sonra "xırda-xuruş" biznesdən əl çəkmək bilmir - direktor təyinatlarını, müəllimlərin və şagirdlərin yerdəyişməsini "Bağırov bazarı"na çevirib. Bəli, Bakıda "Bağırov körpüsü" var idi, indi təhsilimizdə ", Bağırov bazarı" yaranıb. Bu səbəbdən, təhsildə keçmiş idarəçiləri əvəzləyən "islahatçı" Eşqi Bağırov kimi məmurlar bu sahəni elə günə salıb ki, iflic adamın bədəninə oxşayır. Yəni əl-qolu şikəst, sifəti deformasiyaya uğramış, ağzı əyilmiş, gözü çəpləşmiş bir Azərbaycan təhsili var - Eşqi Bağırovun və komandasının son illərdəki fəaliyyəti sayəsində. Sağ olsun, Bağırov və adamları təhsili yarımcan edib, ayağa qalxmağa heyi qalmayıb.
Çünki bu eybəcər mühitin yaranmasında Eşqi Bağırovun "zəhməti” çox olub.
Elektron mediada, sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanaraq, həmçinin təhsil ekspertlərinin rəyinə söykənərək, o cümlədən təhsildə baş verənləri müşahidə edərək məktəblərdə hansı bərbad mənzərənin yarandığını deməyə çalışırıq. Məhz Eşqi Bağırov uzun müddətdir ki, nazirlikdə və agentlik rəhbəri kimi kadr məsələsinə baxır. Yəni direktorları təyin etmək və işdən çıxarmaqla məşğuldur.
Müəllimlərin təyinatı, yerdəyişməsi də Eşqi Bağırovun kurasiyasındadır. Ona görə də təhsilimizdə "Bağırov bazarı" ad çıxarıb. Hətta kitab biznesinə qədər girişib.
Bundan başqa, heç kimə sirr deyil ki, təhsil sektorunda bir sıra maliyyə maxinasiyalarına yol verilir. Ən böyük yeyinti isə birbaşa məktəblərdə cərəyan edir. Bütün bu maxinasiyaların mərkəzi idarəetmə nöqtəsi isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir (MÜTDA). Dolayısı ilə desək, Agentliyin rəhbəri Eşqi Bağırovun xəbəri olmadan məktəblərdə heç bir kütləvi maxinasiyaya yol verilməsi mümkün deyil.
Ümumiyyətlə, uzun illərdir haqqında, demək olar ki, hər gün şikayətlər edilən, sıravi müəllimlərin belə əlindən dad-aman etdiyi bu əcayib adam hər kimdirsə, təhsil sektoru üçün vacib personaya çevrilməsi, istər-istəməz maraq doğurur. Axı hansı qeyri-adi səriştəsinə görə?!
Bağırovun o qədər də çox yaşı yoxdur. O, əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.
2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib. Görünən isə odur ki, Azərbaycanın Bağırovlardan qurtuluşu yoxdur. Biri 37-də ziyalılarımızı repressiya edib, biri ekologiya naziri kimi zamanında yaşıllıqları repressiya və genosid edib, indi isə gənc Bağırov təhsilimizi məhv, repressiya və qətl edir ki, ziyalılar, fidanlar yetişməsin...
Bəli, sadəcə, bu prosesdə Eşqi Bağırov tək deyil. Bu təhsil sistemində iştirakçılardan biri də Nurlan İsmayılbəylidir.
O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) imtahan qeydiyyat şöbəsinin müdiridir. Onun da yerdəyişmə və digər qeyri-rəsmi işlərdə xüsusi rolunun olduğu bildirilir. Əslində, yaxşı olardı ki, Eşqi Bağırov Nurlan İsmayılbəylinin fəaliyyəti və ümumilikdə mətbuatda özü barəsində yuxarıda sadalanan iddialarla bağlı münasibət bildirsin, aydınlıq gətirsin. Bir tərəfsiz media olaraq Eşqi Bağırovun bu ittihamlara cavabını da işıqlandırmağa hazırıq.
Qarşı tərərf kimi adıçəkilən şəxslər mövqe bildirmək istəyərlərsə məqaləni hazırlayan Jurnalist Nicat Mahmudovun ünvanladığı bəzi suallara da cavab vermələri xahiş olunur.
Qeyd edək ki ,oxşar suallar Mediyada və sosial şəbəkələrdə dəfələrlə verilsə də indiyədək qarşı tərəfdən heç bir təkzib vəya hər hansı açıqlama verilməmişdir:
1. Eşqi Bağırovu Prezident Administrasiyasında vəzifə tutan hansı qohumu himayə edir və agentlik sədrinin qohumu olan "Həsən ağa" kimdir?
2.Eşqi Bağırov Nurlan İsmayıbəylinin yerdəyişmə , setifikasiya, müqavilələr, direktor ,direktor mavinlərinə və başqa təyinatlarda iştirakına nə üçün belə şərait yaradıb?
3. Bundan başqa, müəllimlərin sertifikasiyasında yığılan pullar iddia edilir. Bu pullar MÜTDA yaxınlığında yerləşən dərzixanalarda niyə yığılır və hara daşınır?
4. İşə qəbul ( müəllim) proseslərində böyük məbləğlərdə rüşvət yığılması iddia edilir. Bu iddiaların bəziləri faktlara əsaslanır. Bu barədə fikirləriniz?
5. Nurlan İsmayılbəyli üçün yeni yaranmış MÜTDA da 2025 ci ilin sonu 2026 nın əvvəli struktur dəyişikliyinə nə ehtiyac var?MÜTDA da niyə ümumtəsil şöbəsi yoxdur
6. 2024 ci il direktor imtahan nəticələri niyə indiyədək icra edilmir?
7. Eşqi Bağırov və müavini Arslan Hacıyev arasında nə baş verir. Kim haqqlıdır?
Məktəblərdə rüşvət piramidası və direktorların Eşqi Bağırovla işbirliyində nə kimi maliyyə maxinasiyaları, yeyintilər var, hesab edirik ki, bunun da Maliyyə nazirliyinin ciddi araşdırmasına ehtiyac var.-deyə Nicat Mahmudov qeyd edib.