
Ötən il vəzifəsindən azad edilən Fuad Nəcəfliyə yeni vəzifə verilib.
1xeber.media bildirir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi çalışmış sözügən şəxs Azərbycanın aparıcı neft-kimya şirkəti olan STP Şirkətlər Qrupunda yeni posta sahiblənib.
Belə ki, o, şirkətin rəhbərinin müşaviri təyin olunub. Məlumatda deyilir ki, yeni təyinat bu günlərdə gerçəkləşib. /Tribuna/