İyunun 25-i Aşura günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri ilə birgə Lənkərandan olan Milli Qəhrəmanların abidəsini və şəhidlərimizin Şəhidlər Xiyabanı, Kiçik Bazar və Şilavar qəbiristanlığındakı məzarlarını ziyarət ediblər. Abidə və şəhid məzarları önünə güllər düzülüb, ruhları hörmət və ehtiramla anılıb.
İcra başçısı Milli Qəhrəman və şəhid ailələri ilə yaxından söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb.