Yasamalda ÖZBAŞINALIQ: Şərifzadə 173-də qanunsuz tikinti davam edir!-VİDEO
Yasamalda Qanunsuz Tikinti Özbaşınalığı: Sakinlər Elşad Həsənovdan Şikayətçidir
Paytaxtın Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 173 ünvanında (13 nömrəli tam orta məktəbin yaxınlığında) sakinlərin ciddi etirazına səbəb olan növbəti qanunsuz tikinti işləri həyata keçirilir. Sakinlər tərəfindən sosial şəbəkələrdə yayılan video müraciətlər və şikayətlərə əsasən, ərazidə heç bir dövlət icazəsi və şəhərsalma norması olmadan tikinti işləri sürətlə davam etdirilir.