NATO-nun Ankara sammiti: Cənubi Qafqazda təhlükəsizlik arxitekturası və Azərbaycanın geosiyasi rolu-VİDEO
Ankarada işinə başlayan 36-cı NATO sammitində regional təhlükəsizlik və qlobal maliyyə arxitekturası yenidən formalaşır.
Zirvə görüşü çərçivəsində rəsmi mətbuat konfranslarından kənar sızan məlumatlar göstərir ki, alyans həm Cənubi Qafqaz regionunda yeni hərbi tərəfdaşlıqlara hazırlaşır, həm də daxili müdafiə maliyyələşməsini kəskin şəkildə artırır .
Cənubi Qafqazda Yeni Mərhələ və Azərbaycan Sürprizi
1xeber.media xəbər verir ki,irvə görüşünün ən mühüm regional mövzularından biri Azərbaycanın Cənubi Qafqazda artan geosiyasi çəkisi və Bakının irəli sürdüyü regional təhlükəsizlik ideyalarıdır.
Sammit çərçivəsində NATO-nun Bakı ilə Müdafiə Təhsilinin Gücləndirilməsi Proqramı (DEEP) üzrə tərəfdaşlığı genişləndirəcəyi gözlənilir . Bu strateji addım Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılmasını tamamilə yeni səviyyəyə qaldıracaq