Вернуться назад Распечатать

Nazirlikdə gizli tender: 985 min manatlıq layihə heç bir müsabiqə keçirilmədən kimə ötürüldü?-VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azəri Biznes” MMC (VÖEN – 1401122631) ilə satınalma müqaviləsi imzalayıb.
1xeber.media Yeniavaz.com-a istinadla
 xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, “Azəri Biznes” MMC FHN-in sifarişi əsasında Ağsu rayonunun Xatman kəndi ərazisində yeni salınmış 25 ədəd fərdi yaşayış evlərindən ibarət massivdə məhəlləarası asfalt yolun bərpası işlərini həyata keçirəcək və qarşılığında 985 min 317 manat 48 qəpik alacaq.