Naxçıvanda maaş böhranı: İşçilər 5 aydır pul ala bilmir-VİDEO
Naxçıvanda strateji Zəngəzur dəhlizi layihəsinin tikintisində çalışan fəhlələr ayağa qalxdı! İşçilər artıq 5 aydır ki, əməkhaqlarını ala bilmədiklərindən şikayətlənirlər.
Ordubad rayonunun Salamməlik stansiyası ərazisində ən ağır fiziki işləri görən qəlibçi, dəmirçi və ustalar layihənin əsas icraçısı olan “AzVirt” şirkətini ittiham edirlər. İddiaya görə, nəhəng tikinti şirkəti podratçılara ödəniş etmədiyi üçün fəhlələrin də maaşları dondurulub.