Вернуться назад Распечатать

Elnur Əliyevin "Sertifikasiya Oyunu": 87% müəllimi eyni anda necə savadsız çıxardılar?-VİDEO

MÜƏLLİMLƏRİN SERTİFİKASİYA ETİRAZI: "87 FAİZ UĞURSUZLUQ BİLİK AZLIĞI DEYİL, SUAL QÜSURUDUR!"

1xeber.media bildirir ki,müəllimlərin yay məzuniyyəti istirahət yox, gərgin bir mübarizə meydanına çevrildi. Azərbaycan Respublikasının Təhsil İnstitutunun qarşısında bu gün qeyri-adi bir izdiham var. İllərini məktəb divarları arasında gənc nəslin yetişdirilməsinə həsr edən onlarla təcrübəli biologiya müəllimi bu binanın qarşısına toplaşaraq, peşəkar heysiyyətlərinin qorunmasını tələb edir."

Səbəb isə son sertifikasiya imtahanında biologiya fənni üzrə təqdim olunan sualların ağlasığmaz dərəcədə çətin olmasıdır. Müəllimlərin iddiasına görə, imtahandan öncə onlara sualların məktəb dərslikləri və tədris proqramı çərçivəsində olacağı vəd edilsə də, monitor arxasında tamam fərqli bir mənzərə ilə qarşılaşıblar.

Orta məktəb səviyyəsi yox, dərin riyazi hesablamalar tələb edən olimpiada sualları!

Rəqəmlər isə dəhşətlidir. İmtahan verən biologiya müəllimlərinin 87 faizinin  aşağı nəticə göstərdiyi bildirilir. Müəllimlər haqlı olaraq sual edir: Bir ölkədə bir fənn üzrə müəllimlərin mütləq əksəriyyəti eyni vaxtda necə uğursuz ola bilər? 87 faiz müəllimin eyni anda savadsız olması qeyri-mümkündür! Bu rəqəm müəllimlərin yox, imtahan suallarını hazırlayan metodistlərin, proqram tərtibatçılarının uğursuzluğudur!

Qanuni yay məzuniyyətində olan müəllimlərin istirahəti mənəvi gərginliklə əvəz olunub. İllərlə yüzlərlə tələbə yetişdirən, şagirdləri qəbul imtahanlarında rekord vuran pedaqoqlar indi cəmiyyət qarşısında çətin vəziyyətdə qoyulublar. Onlar dövlətin təhsil siyasətinə yox, məhz bu çətin suallarla müəllim nüfuzuna kölgə salan sistem xətasına kəskin etiraz edirlər.

Biologiya müəllimləri ARTİ rəhbərliyindən konkret cavab və sualların yenidən ekspertizadan keçirilməsini tələb edir. Bu kütləvi narazılığın qarşısının necə alınacağı və müəllimlərin tapdanan peşəkar haqlarının necə bərpa olunacağı isə hələ də sual altındadır.