Naxçıvanda neqativ hallara qarşı çıxan fəhlə ailəsinə idarə rəhbərliyi tərəfindən təzyiq iddiası. Babək rayon mənzil-kommunal təsərrüfatı idarəsinin əməkdaşı olan Nehrəm qəsəbə sakini 1xeber.media-ya şok müraciət ünvanlayıb.
Vətəndaş iddia edir ki, dövlət başçısının daxili siyasətinə dəstək verərək nöqsanları səsləndirdiyi üçün idarə rəhbəri onunla prinsip aparıb və qisas almaq məqsədilə xəstə oğlunu ağır maddə ilə işdən uzaqlaşdırıb. Atanın etiraz fəryadı növbəti süjetimizdə.