Daşkənddə Hikmət Hacıyev və jurnalistlərin səmimi söhbəti gündəm oldu-VİDEO
“Özümüzü Doğma Evimizdəki Kimi Hiss Edirik” – Hikmət Hacıyevdən Daşkənddə Jurnalistlərlə Səmimi Jest!
Prezident İlham Əliyevin Özbəkistana reallaşan dövlət səfərində nümayəndə heyətinin tərkibində yer alan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Daşkənddə rəsmi tədbir başlamamışdan öncə protokoldan kənar maraqlı addım atıb. Yerli və xarici jurnalistlərə yaxınlaşaraq onlarla səmimi ünsiyyət quran Hikmət Hacıyevin dialoqun daha isti keçməsi üçün dediyi “Çalışırıq ki, özbək və Azərbaycan dillərinin kombinasiyasında danışaq” sözləri böyük rəğbətlə qarşılanıb.