Vətəndaşdan pul tələb etmək yox, büdcənin hesabını vermək lazımdır! — Qazangül sakinləri narazıdır-VİDEO
MƏMUR LAQEYDLİYİ SEL FƏLAKƏTİNDƏN DAHA AĞIRDIR! ZAQATALANIN QAZANGÜL KƏNDİ TALEYİN ÜMİDİNƏ BURAXILIB!
Zaqatalanın Qazangül kəndini sel basıb, infrastruktur tamamilə sıradan çıxıb, evlər və küçələr palçıq altındadır. Amma sakinləri seldən daha çox, dövlətdən maaş alan məmurların soyuq və laqeyd münasibəti boğur! Sakinlər fəryad edir: "Baxan yoxdur, eşidən yoxdur!"
Dövlətin büdcəsini hara xərcləyirsiniz? Vətəndaş sizdən ticarət yox, xidmət tələb edir! Növbəti yağış bu kəndi xəritədən silə bilər, bəs Zaqatala Rayon İcra Hakimiyyəti haradadır?!