Azərbaycan-Qırğızıstan münasibətləri iki ölkə arasında 31 iyulda imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə strateji baxımdan yeni mərhələyə yüksəlmişdir. Bu yüksək səviyyəli əlaqələr və Qırğızıstanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi, Azərbaycanın bu təşkilat çərçivəsində mövqeyinin güclənməsinə və yeni iqtisadi-siyasi imkanların yaranmasına birbaşa töhfə verir.