Yasamalda sakinlərin qanunsuz tikinti etirazı böyüyür. Yaşayış binalarının arasında, heç bir məlumat lövhəsi qoyulmadan dəmir konstruksiyalarla iş aparılır. Ərazidə nəyin tikildiyini və sahibkarın kim olduğunu bilməyən sakinlər Yasamal Rayon İcra Hakimiyyətini və başçı Elşad Həsənovu ittiham edirlər. Şikayətçilərin sözlərinə görə, quruma edilən çoxsaylı müraciətlər cavabsız buraxılır.Ətraflı süjetdə!