Вернуться назад Распечатать

Bakıdan Ermənistana çağırış: Sülh sazişi insanların həyatına real töhfə verməlidir-VİDEİ

 "Sülh sazişi təkcə kağız üzərində olmamalıdır" — Hikmət Hacıyevdən Bakıda MÜHÜM AÇIQLAMA 
Azərbaycan regionda davamlı sabitliyin təmin olunması üçün əməli addımlar atmağa davam edir. “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev sülh prosesi ilə bağlı olduqca maraqlı məqamlara toxunub. O, Vaşinqton görüşündən sonrakı mərhələni təhlil edərək, Bakının üzərinə düşən öhdəlikləri artıq icra etdiyini bildirib. PA rəsmisi həmçinin müasir medianın qarşılaşdığı dezinformasiya təhlükələri və süni intellektin təsirləri barədə xəbərdarlıq edib.