İsrail Hərbi Hava Qüvvələri İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlayıb.
1xeber.media xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Effi Defrin brifinqdə deyib.
“İsrail təyyarələri yer-yer tipli raketlərin yerləşdiyi anbarlar və buraxılış qurğuları üzərində uçuşlar həyata keçirir. Hədəf əvvəllər vurulmuş obyektlərə yenidən daxil olmağa və oradan sursat çıxarmağa çalışan İran hərbçiləridir”, - Defrin qeyd edib.