İspaniya NATO-nun Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) təşəbbüsünə qoşulacaq və Ukraynaya gələcək tədarük üçün ABŞ-dan silah alacaq.
1xeber.media xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes bu barədə oktyabrın 23-də Avropa Şurasının iclasında bildirib.
"Pedro Sançes cümə axşamı təsdiqlədi ki, İspaniya NATO və Vaşinqtonun başlatdığı PURL təşəbbüsündə iştirak edəcək və bu təşəbbüs çərçivəsində Ukraynaya çatdırılmaq üçün ABŞ-dan silahlar alınacaq", - El Mundo yazır.
Sançes qeyd edib ki, o, bu həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə bu məsələni müzakirə edib. Baş nazir onu da bildirdi ki, İspaniya artıq qış ərəfəsində Ukraynanı elektrik generatorları ilə təmin edir.
"İspaniya müdafiə sahəsində Atlantik Alyansa sadiq bir ölkədir" deyə Sançes yekunlaşdırdı.